Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qurğular arasında internetsiz əlaqə yaratmağa imkan verən texnologiya təqdim olunub


“Google” şirkəti bir-birinə yaxın məsafədə yerləşmiş qurğular arasında şifrələnmiş genişzolaqlı rabitəni təmin edən “Nearby Connections API” texnologiyasının ikinci versiyasını çıxarıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti macdigger.ru saytına istinadən yazır ki, “Nearby” qurğular arasında əlaqə qurmaq üçün “Wi-Fi” və “Bluetooth” modullarından istifadə edir. İnternetdən istifadə edilmir.
 
Sözügedən texnologiya cihazlar arasında məlumat mübadiləsinə imkan verir. Bu texnologiya çoxlu sayda insanın olduğu kiçik otaqda ünsiyyət saxlamağa kömək edəcək.
 
“Nearby 2.0” texnologiyası artıq bütün istifadəçilər üçün əlçatandır.
 
Emil Hüseynov





02/08/17    Çap et