Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni alqoritm sayəsində smartfonun kamerası ilə peşəkar şəkillər çəkmək mümkün olacaq
Hər il smartfon istehsalçıları üçün kameranın işini təkmilləşdirmək müşkül məsələdir. Bu səbəbdən “Google” kimi nəhəng şirkətlər kompüter təliminin imkanlarından yararlanır. Sonuncu ilə Massaçusets Texnologiya İnstitutunun (“MIT”) birgə əməkdaşlığı nəticəsində qeyri-adi fotoredaktor yaradılıb. Bu fotoredaktorun köməyi ilə şəklin keyfiyyətini xeyli yaxşılaşdırmaq mümkündür, sanki şəkil peşəkar fotoqraf tərəfindən çəkilib.
“ICTnews” Elektron Xəbər Xidməti 4pda.ru saytına istinadən yazır ki, alimlər sözügedən alqoritmin yaradılması üçün kompüter təlimindən istifadə ediblər. Neyron şəbəkəsinin yoxlanması zamanı “Adobe” və “MIT” tərəfindən yaradılmış 5 ədəd şəkil seçilib. Hər bir şəkil 5 müxtəlif fotoqraf tərəfindən retuş edilib. Orijinal şəkilləri onların redaktə edilmiş surətləri ilə müqayisə edən neyron şəbəkəsi şəkillərin keyfiyyətini yaxşılaşdırmaq üçün öz alqoritmini hazırlayıb.