Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərpoçt” MMC-nin portalında işğal olunan kəndlərin poçt indeksləri yerləşdirilib
“Azərpoçt”MMC-nin portalında Ermənistan tərəfindən işğal olunmuş rayonların poçt indeksləri də yerləşdirilib. Bu barədə “ictnews”-a “Azərpoçt”MMC-nin baş direktoru Qənbər Bəybalayev bildirib.
Onun sözlərinə görə, əvvəllər portalda yalnız işğal olunan rayonların mərkəzi poçt şöbələrinin indeksləri yerləşdirilmişdi.
Yeniliyin tətbiqi ilə artıq kənd poçt şöbələrinin də indeksləri burada yerləşdirilib.”Artıq istənilən şəxs istənilən kəndin indeksi ilə tanış olub yerləşdiyi ərazidən asılı olaraq işğal olunmuş rayonun poçt şöbəsindən bütün dünyaya məktub göndərə bilər. Bu, özü bir təbliğatdır ”.
Qeyd edək ki, bir neçə gün öncə Xocalı Rabitə Qovşağının Xankəndi poçt şöbəsi istifadəyə verildi ki, oradan istənilən sakin bütün xidmətlərdən bəhrələnə bilər.
11/10/11 Çap et