Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Android” sistemi üçün keyfiyyətsiz proqramlarla mübarizə məqsədilə yeni mexanizm tətbiq edib


"Google" şirkəti "Android" mobil əməliyyat sistemi üçün keyfiyyətsiz (həddən çox enerji sərf edən, yaxud tez-tez nasazlıq verən) proqram təminatı ilə mübarizədə yeni mexanizm tətbiq edir. İndi istifadəçi "Play Market" proqramlar mağazasında axtarış edərkən  keyfiyyətsiz mobil tətbiqlər axtarış nəticələrində daha aşağı yerlərdə görsənəcək.
 
"ICTnews" Elektron Xəbər Xidməti hitech.vesti.ru saytına istinadən yazır ki, şirkətin nümayəndəsi bildirib ki, bu üsulla istifadəçi təcrübəsini yaxşılaşdırmaq nəzərdə tutulur və tərtibatçılar öz proqramlarının yoxlanmasına daha diqqətli yanaşmağa məcbur edilir. Bundan əvvəl şirkətin nümayəndələri aşkar ediblər ki, "Play Market"də minimum balla qiymətləndirilmiş (5-dən 1) istifadəçi rəylərinin təxminən 50%-i qiymətləndirilmiş proqramların sabitliyi və enerji sərfiyyatındakı problemlərlə izah olunur.
 
"Play Market"də proqramların axtarışda qiymətləndirilməsi üzrə cari alqoritm mənfi rəyləri nəzərə alır, ancaq heç də bütün istifadəçilər mənfi rəy yazmadığına görə populyar, lakin keyfiyyətsiz proqramlar uzun müddət axtarış nəticələrində ön pillələrdə görsənə bilir.
 
Emil Hüseynov





05/08/17    Çap et