“Samsung Galaxy Note 9” smartfonunda inqilabi funksiya tətbiq ediləcək
Analitiklər əmindirlər ki, istifadəçilər displeydə istənilən hissənin üzərinə sıxmaqla smartfonu blokdan çıxara biləcəklər.
“9To5Mac” nəşri “KGI”yə istinadən məlumat verir ki, Cənubi Koreya istehsalçıları barmaq izləri skanerini gələcək smartfonda OLED texnologiyası ilə hazırlanmış displeyin alt hissəsinə quraşdırmaq niyyətindədirlər.
“ICTnews” Elektron Xəbər Xidməti
life.ru saytna istinadən yazır ki, analitiklərin fikrincə, “Samsung”, həmçinin gözün qüzehi qişasının tanınması daxil olmaqla, başqa biometrik autentifikasiya metodlarından istifadədən imtina etməyi planlaşdırmır.
Əvvəlki şayiələrə əsasən, 23 avqust tarixində təqdim ediləcək “Samsung Galaxy Note 8” smartfonunda barmaq izləri skaneri arxa panelə quraşdırılacaq.
Emil Hüseynov