Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir: “Masallıda baş verən partlayışdan sonra bütün telekommunikasiya qovşaqlarında təhlükəsizlik sistemi tədqiq olunub”


Azərbaycanda telekommunikasiya qovşaqları (TKQ) və poçt şöbələri müasir standartlara cavab verən səviyyədə təmir olunub, lazımi avadanlıqlarla təmin edilib. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, son illər TKQ-lərdə təhlükəsizlik məsələlərinə ciddi diqqət yetirilir: “Masallıda baş verən partlayışdan sonra bütün telekommunikasiya qovşaqlarında təhlükəsizlik sistemi tədqiq olunub, təşkilatı məsələlər gücləndirilib”.




11/10/11    Çap et