Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər ayrı-ayrı hüceyrələri tuta bilən biotibbi robot yaradıblar


Şimali Karolina Universiteti və Dyuk Universitetində çalışan alimlər qrupu tərəfindən yaradılmış mikroskopik ölçülü biotibbi robot ayrı-ayrı hüceyrələri tutmaq qabiliyyətinə malikdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti hitech.newsru.ru saytına istinadən yazır ki, alimlər tərəfindən yaradılmış robotlar bir tərəfinə metal çəkilmiş polimer kublardan ibarət massiv formasındadır. Bunun nəticəsində maqnit sahəsinin köməyi ilə onların hərəkətini idarə etmək olar, həmçinin robotları obyektləri tutmaq qabiliyyətinə malik və bir istiqamət üzrə hərəkət edən daha mürəkkəb struktur formasında qruplaşmağa məcbur etmək mümkündür.
 
Robotun yaradıcıları hesab edirlər ki, gələcəkdə belə miniatür robotlar həkimlərə pasiyentlərin şiş hüceyrələri daxil olmaqla, ayrı-ayrı hüceyrələrini araşdırmağa imkan verəcək.
 
Emil Hüseynov
 






08/08/17    Çap et