Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan «Eurovision» mahnı müsabiqəsinin tarixində yeniliyə imza ata bilər


Gələn ilin may ayında Bakıda keçiriləcək «Eurovision» mahnı müsabiqəsi ilə bağlı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin də üzərinə bir sıra vəzifələr düşür.

Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, bu işlərdən biri ölkədə internetdən istifadənin yüksək keyfiyyətlə təmin olunmasıdır: «Bakının bir çox yerlərində Wi-Fi (simsiz internet) quraşdırılacaq, internetin sürəti kifayət qədər artırılacaq. Hazırda bu istiqamətdə bir sıra işlər görülür».

Ə.Abbasov qeyd edib ki, müsabiqəni internet vasitəsilə də izləmək mümkün olacaq: «Eyni zamanda, səsverməni də internet vasitəsilə həyata keçirmək olar.

Bu məsələni araşdırırıq. Əgər bu baş tutsa, «Eurovision» mahnı müsabiqəsi tarixində ilk internet səsverməsi kimi tarixə düşəcək».




11/10/11    Çap et