Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

USB portlar nə dərəcədə təhlükəsizdir?


USB konnektorlar informasiya itkisinə səbəb ola bilər. Bu haqda Avstraliyada yerləşən Adelaida Universitetinin alimləri məlumat veriblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti lenta.ru saytına istinadən yazır ki, "informasiyanın kompüterə birbaşa göndərilməsi səbəbindən USB portlara müdaxilənin qeyri-mümkün olması hesab edilirdi. Ancaq araşdırmamıza görə, zərərverici və ya müdaxilə edilmiş qurğu qonşu porta və ya USB konsentratora qoşulduğu halda informasiyaya müdaxilə mümkündür" – araşdırmanın aparıcı müəllifi Yuval Yarom deyib.
 
Yarom qeyd edib ki, USB konnektor klaviatura və başqa qurğuların qoşulması üçün istifadə olunur, buna görə bu boşluğun köməyi ilə parol və başqa məxfi informasiyanı ələ keçirmək mümkündür. Bütün informasiyanı qonşu kompüterə ötürən modifikasiya edilmiş USB lampadan istifadə etmiş universitetin tələbəsi bu təhlükə haqda alimlərə məlumat verib.
 
Emil Hüseynov





12/08/17    Çap et