Alimlər ilk dəfə DNT-nin köməyi ilə kompüterə müdaxilə ediblər
Vaşinqton Universitetində işləyən alimlər qrupu ilk dəfə dezoksiribinuklein turşusunun (DNT) köməyi vasitəsilə kompüteri zərərverici proqram təminatı ilə yoluxdurmağa nail olublar.
“ICTnews” Elektron Xəbər Xidməti
hitech.newsru.ru saytına istinadən yazır ki, alimlər sekvensiya zamanı istifadə edilən açıq kodlu populyar proqrama elə müdaxilə ediblər ki, müəyyən şərtlərdə onda yaddaşın dolması icra edilsin. Yaddaşın dolması kompüterdə ixtiyari kodu yerinə yetirməyə imkan verən populyar boşluq tipidir. Zərərverici kodu DNT-nin molekuluna yazmağa müvəffəq olmuş alimlər DNT-ni təhlil edən kompüterə giriş əldə ediblər.
Alimlər bildiriblər ki, aşkar edilmiş hücum növünün təcrübədə tətbiqi hələ ki, bir neçə səbəbdən az ehtimal edilir, ancaq belə son dərəcə təhlükəli boşluqlar sayəsində gələcəkdə hakerlər məxfi məlumatlara giriş əldə edə və ya hətta müxtəlif tədqiqatlar çərçivəsində DNT yoxlamanın məlumatlarını dəyişdirə bilərlər.
Emil Hüseynov