Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“BlackBerry” istifadəçilərindən üzr istədi
“BlackBerry” smartfonlarında internet və poçta giriş işləmir, “Associated Press” bildirib. Problem Avropa, Orta Şərq və Afrika istifadəçilərində müşahidə olunur.
Yerli telekommunikasiya şirkətlərinin nümayəndələri hadisə ilə əlaqədar “Blackberry” smartfonlarının istehsalçısı “Research in Motion Ltd” şirkətini ittiham edirlər.
Misirdə “Vodafone” nümayəndəsinin məlumatına əsasən, nasazlığın səbəbi Kanadada yerləşən serverlərdə olub. Bundan başqa, istifadəçilər “BlackBerry Messenger” pulsuz mətn mesaj mübadilə xidmətindən istifadə edə bilmirlər.
“BlackBerry” nümayəndələri “Twitter” şəbəkəsindəki rəsmi hesabda problem olduğunu təsdiqləyiblər və baş vermiş narahatlıqlara görə üzr istəyiblər.
11/10/11 Çap et