“Google Play” mağazasında casus proqram aşkar edilib
“Lookout” şirkətinin mütəxəssisləri “Google Play” mobil proqramlar mağazasında casus proqram aşkar ediblər.
Ekspertlərin sözlərinə görə, hakerlər “Android” mobil əməliyyat sistemi istifadəçiləri üzərində nəzarət imkanına malik olmaq üçün bu proqramı “Google Play” mağazasına bilərəkdən yükləyiblər,
“ICTnews” Elektron Xəbər Xidməti
rambler.ru saytına istinadən yazır ki, ümumilikdə “SonicSpy” proqram təminatının üç casus versiyası aşkar edilib. “Soniac”, “Troy Chat” və “Hulk Messenger” təhlükəli proqramlar hesab edilib.
“Google” şirkəti artıq “Google Play”-dən zərərverici proqram təminatını silib, amma bir çox istifadəçilər bu proqramları yükləyiblər. Lakin sözügedən proqramlar başqa saytlarda əlçatandır.
Emil Hüseynov