“Pulsuz Wi-Fi” xidmətindən istifadə edən 500 000-ci istifadəçi mükafatlandırıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") tərəfindən mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi üzrə "Pulsuz Wi-Fi" xidmətindən istifadə edənlərin sayı yarım milyonu ötdü.
"Pulsuz Wi-Fi" xidmətinin 500 000-ci istifadəçisi Bakı şəhər sakini Aysel Ələsgərova olub.
Bu gün "Baktelecom" şanslı istifadəçini mükafatlandırıb.
Qeyd edək ki, ötən həftədən "Pulsuz WiFi"-ın sosial şəbəkədəki
səhifəsində start verilən "500.000-ci ol, hədiyyəni apar" sloqanı ilə təqdim olunan kampaniya istifadəçi sayının artmasını stimullaşdırıb.
Məlumat üçün bildirək ki, "İctimai İnternet" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.
Yaxın zamanda Hüseyn Cavid və Dədə Qorqud parkları da "Pulsuz Wi-Fi" xidmətinin əhatə zonasına daxil ediləcək.