“Microsoft” şirkəti “Surface” qurğularının işində problem olduğunu etiraf edib
"Microsoft" şirkəti tərəfindən əməkdaşlara göndərilən yaddaş dəftərçəsində "Surface" qurğularında problem olduğu etiraf edilib. "Microsoft"un rəhbərliyi bildirib ki, "Surface Book" və "Surface Pro 4" qurğularında bəzi problemlər müşahidə olunur.
Xatırladaq ki, ötən həftə ABŞ-ın nüfuzlu "Consumer Reports" nəşri "Microsoft Surface" qurğusunu məsləhət görülən cihazlar siyahısından çıxarıb. Resurs bildirib ki, "Surface" brendinə məxsus planşet və noutbuklar keyfiyyət standartlarına cavab vermir. "Consumer Reports" nəşri öz araşdırmasında 90 min istifadəçi arasında keçirilmiş sorğuya istinad edib. Respondentlərin 25%-i deyib ki, "Surface" qurğularının işində problemlər ya satın almadan dərhal sonra, ya da 1 il sonra qeydə alınır.
"ICTnews" Elektron Xəbər Xidməti
macdigger.ru saytına istinadən yazır ki, bundan sonra, "Microsoft" rəhbərliyi sözügedən nəşrin statistikanı etibarsız adlandırıb və qeyd edib ki, bu, "Surface" istifadəçilərinin real təcrübəsini əks etdirmir.
Lakin "Thurrott" resursu yazır ki, "Microsoft" şirkətinin qurğular üzrə vitse-prezidenti Penos Paney korporasiyanın əməkdaşlarına müraciət edərək bildirib ki, "Consumer Reports" nəşrinin bəzi məlumatları düzdür. O etiraf edib ki, "Surface Book" və "Surface Pro 4" qurğularının işində problem mövcuddur, ancaq deyib ki, "Microsoft" şirkəti bu problemləri aradan qaldırmaq üçün mümkün olan hər şeyi edir.
Emil Hüseynov