Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Allo” messenceri artıq brauzerdə əlçatandır


“Google” şirkəti “Google Allo” messencerini veb brauzer üzərindən əlçatan edib. Bu haqda “Google Allo” və “Duo” messencerləri üzərində işləyən bölmənin rəhbəri Amit Fulay məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti ferra.ru saytına istinadən yazır ki, indi kompüterdə “Google Allo” messencerinə giriş əldə etmək üçün allo.google.com/web ünvanına daxil olmaq lazımdır. Bundan sonra smartfonda “Allo” messencerinin menyusundan "Allo for web" punktunu seçmək və brauzerin səhifəsində göstərilmiş QR kodu skan etmək lazımdır. Lakin messencer hələ ki, yalnız “Chrome” brauzerini dəstəkləyir.
 
“Allo” messencerinin veb versiyasının işləməsi üçün smartfon daima şəbəkəyə qoşulmalıdır.
 
Emil Hüseynov





16/08/17    Çap et