2020-ci ildə bulud bazarının həcmi 200 milyard dolları ötəcək
“Synergy Research Group” analitik şirkətinin proqnozuna görə, qlobal bulud bazarının həcmi il ərzində təxminən 23-29% artacaq və 2020-ci ildə 200 milyard dolları ötəcək.
Tədqiqatçıların fikrincə, “IaaS” və “PaaS” ictimai bulud platformaları ən sürətlə inkişaf edən seqmentlərdir. Bu platformalardan əldə olunan gəlir illik 29% artacaq.
“ICTnews” Elektron Xəbər Xidməti
dailycomm.ru saytına istinadən yazır ki, idarə olunan fərdi bulud xidmətlərinin satışından əldə edilən gəlir 24%, korporativ SaaS həllər seqmentinin gəliri isə 23% artacaq.
Bulud hesablamalarına artan tələbat sayəsində bulud məlumat mərkəzləri üçün hiper miqyaslı infrastruktur tədarükçülərinin gəliri illik 11% artacaq. Bu halda korporativ məlumat mərkəzləri üçün avadanlıq və proqram təminatının satış həcmi azalmağa (ildə 2%) davam edəcək ki, bu da lokal sistemlərdəki yüklənmələrin ictimai bulud platformalarına keçirilməsi tendensiyasının inkişafını göstərir.
Bulud xidmətləri üzrə bütün əsas kateqoriyalarda intensiv artım qeydə alınacaq. Verilənlər bazası və əşyalar internetinə hədəflənmiş “IaaS” və “PaaS” xidmətlər arasında ən yüksək dinamika gözlənilir. Analitiklər Asiya-Sakit okean regionunu ən sürətlə inkişaf edən bulud bazarı adlandırırlar. Növbəti yerləri artım tempinə görə EMEA (Avropa, Yaxın Şərq, Afrika) və Şimali Amerika tutur.