Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Stiv Cobsun ölüm səbəbi açıqlanıb


“Apple” şirkətinin banisi Stiv Cobsun ölüm səbəbi mədəaltı vəz xərçənginin törətdiyi nəfəs kəsilməsi olub. Bu barədə Santa-Klara Səhiyyə Departamenti tərəfindən dərc edilmiş ölüm haqqında şəhadətnaməyə istinadən “Associated Press” məlumat yayıb.

“The New-York Times” isə yazıb ki, “Apple” banisinin ölümünə səbəb olan xəstəlik müstəntiqin hesabatında "mədəaltı vəzin metastatik endokrin şişi" kimi təsnif edilib.

Bundan əvvəl kütləvi informasiya vasitələrində (KİV) çıxmış informasiyaya əsasən, Cobsun ölüm səbəbi xərçəng xəstəliyi kimi göstərilib, lakin o, rəsmi informasiya deyildi.

Ölüm haqqında şəhadətnamədə, həmçinin bildirilir ki, Stiv Cobs Alto Palodakı evində ölüb. “Apple” banisinin məşğuliyyət növü müstəntiqin rəsmi sənədində "sahibkar" kimi qeyd edilib. Cobsun bədəninin yarılma əməliyyatı olmayıb.

Eyni zamanda, “Agence France-Presse” bildirib ki, “Apple” şirkətinin baş direktoru Tim Kuk oktyabr ayının 10-da Cobsun xatirəsinə həsr ediləcək qapalı korporativ tədbir olacağını bildirib. Tədbir oktyabr ayının 19-da Kupertinoda şirkət qərargahının amfiteatrında olacaq.

Stiv Cobs 2011-ci il oktyabr ayının 5-də 56 yaşında dünyasını dəyişib. “Apple” banisinin dəfni oktyabr ayının 7-də olub, dəfndə yalnız ən yaxın insanlar və Cobsun dostları iştirak edib.




11/10/11    Çap et