“Nokia 8” smartfonu rəsmən təqdim olunub
"Nokia" brendi üzərində hüquqa sahib "HMD Global" şirkəti Londonda keçirilmiş tədbirdə yeni "Nokia 8" smartfonunu təqdim edib.
Smartfon 1440×2960 piksel təsvir ölçülü 5,3 düymlük displey, 8 nüvəli "Snapdragon 835" prosessoru, modeldən asılı olaraq 4 və ya 6 QB-lıq əməli yaddaşla təchiz edilib. Məlumatların yaddaşda saxlanılması üçün 64 QB əlçatan olacaq, həmçinin "microSD" slotu nəzərdə tutulub.
"ICTnews" Elektron Xəbər Xidməti
macdigger.ru saytına istinadən yazır ki, metaldan hazırlanmış korpus 4 rəngdə (parlaq mis, tutqun göy, parlaq göy və tutqun polad) əlçatandır. Bundan başqa, enerjidoldurma üçün "USB Type-C" portu, qulaqcıqlar üçün 3,5 mm-lik konnektor, ön paneldə barmaq izi skaneri mövcuddur.
Bu cihaz 13 meqapiksellik ikiqat kamera ilə təchiz edilmiş ilk "Android" smartfondur. Ön kamera eyni təsvir ölçüsünə malikdir, amma ikiqat deyil. Kameralar "Zeiss" istehsalçısının optikası ilə təchiz edilib. Həmçinin smartfon həcmli səsin yazılması üçün "Nokia OZO Audio" texnologiyası ilə təchiz edilib.
"Nokia 8" smartfonu sentyabrın əvvəlində satışa çıxarılacaq. Avropada smartfonun qiyməti 600 avro təşkil edəcək.
Emil Hüseynov