Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft HoloLens” eynəyi muzey eksponatlarına vizual effektlər əlavə edəcək


“Microsoft HoloLens” reallıq eynəyi Yaponiyanın Kennin-dzi məbədi muzeyində eksponatları canlandırmağa kömək edəcək. Sözügedən qurğu sayəsində istifadəçilər artefaktlara baxarkən vizual effektləri, səsləri və üzə çıxan informasiyanı görmək imkanı əldə edəcəklər.

“ICTnews” Elektron Xəbər Xidməti therunet.com saytına istinadən yazır ki, layihə çərçivəsində istifadə edilmiş ilk eksponatlardan biri üzərində Yapon külək (Fudzin) və ildırım (Raydzin) allahlarının təsviri olan 400 illik naxışlı şirma olub. İstifadəçilər “Microsoft HoloLens” eynəyi vasitəsilə bu eksponata baxdıqları halda onun altında duman və ildırım görəcək, həmçinin eksponat haqda səsli məlumat eşidəcəklər. Bu proses 5 dəqiqə davam edir.

Vizual effektlər “Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Hakuhodo” qrupu tərəfindən hazırlanıb. "Hesab edirəm ki, hər bir muzey qarışıq reallıqdan istifadəyə cəhd etməlidir. Bu, həmçinin adi ziyarətçiləri texnologiyaya cəlb etmək üçün lazımdır" – “Hakuhodo Inc.” reklam agentliyinin yaradıcı direktoru Kadzuxiro Sudo deyib.

Emil Hüseynov





18/08/17    Çap et