Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” danışığın tanınması dəqiqliyi üzrə yeni rekorda imza atıb


“Microsoft” şirkəti danışığın tanınması sisteminin işindəki səhvləri 5,1%-dək azaldıb. Bu yeni rekorddur, əvvəlki göstərici 5,9%-ə bərabər idi.

"Yeni texnologiya danışığı peşəkar transkribatorlar (audi və video materialların mətnə tərcümə edən şəxslər) kimi tanıyır" – şirkətin bloqunda deyilir. “Microsoft Artificial Intelligence” bölməsinin mütəxəssisləri yoxlamalar üçün “Switchboard” yazılarından istifadə ediblər. Bu naməlum insanlar arasında müxtəlif mövzular üzrə 2400 telefon danışığından ibarət kolleksiyadır.

“ICTnews” Elektron Xəbər Xidməti therunet.com saytına istinadən yazır ki, ötən illə müqayisədə danışığın tanınması sisteminin işində dəqiqlik 12% yaxşılaşıb. Bu, akustik və dil modellərinə əsaslanan neyron şəbəkələrində dəyişikliklər nəticəsində mümkün olub. İndi sistem növbəti söz və ifadəni öncədən söyləmək üçün bütün söhbətin məzmunundan istifadə edir.

“Microsoft”un danışığın tanınması sistemi “Cortana”, “Presentation Translator” və “Cognitive Services” kimi servislərin işində tətbiq olunur.

Emil Hüseynov





21/08/17    Çap et