Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Növbəti İKT qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 10 aprel 2017-ci il tarixində elan etdiyi növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub.
Kompleks ekspertizaya təqdim olunmuş 150 layihədən 71-i müsbət rəy alıb.
Müsbət rəy almış layihələr yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim ediləcək. Şuranın növbəti iclasının yaxın vaxtlarda keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, müsabiqə çərçivəsində Fonda 172 layihə təqdim edilib. Təqdim edilmiş layihələrin ilkin ekspertizası zamanı qrant müsabiqəsinin prioritet istiqamətinə uyğun olmayan 22 layihə kompleks ekspertiza mərhələsinə qəbul edilməyib.
21/08/17 Çap et