Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“M6 Note” smartfonu təqdim edilib


“Meizu” şirkəti orta qiymət kateqoriyasına aid olan yeni “M6 Note” smartfonunu təqdim edib. Metal korpusa malik aparat 5,5 düymlük ekran, 1920x1080 nöqtə (Full HD) təsvir ölçülü displey və səkkiznüvəli 2 QHs takt tezlikli “Snapdragon 625” prosessoru ilə təchiz edilib. “Meizu M6 Note” smartfonu 12 və 5 meqapiksellik təsvir ölçülü “Sony IMX362” və “Samsung 2L7” datçiklərinə malik ikiqat əsas kamera ilə təchiz edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, ön kameranın təsvir ölçüsü 16 meqapikseldir. Smartfon 3/4 QB-lıq əməli yaddaş, 16/32/64 QB-lıq daxili yaddaşla təchiz edilə bilər. Sürətli enerjidoldurma texnologiyası olan “mCharge”ı dəstəkləyən akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Qurğunun ölçüləri 154,6x75,2x8,35 mm, çəkisi isə 173 qr-dır. 3 QB-lıq əməli yaddaş və 16 QB-lıq daxili yaddaşa malik versiyanın qiyməti 165 dollar, 4/64 QB-lıq versiyanın qiyməti isə 255 dollardır.

Emil Hüseynov





24/08/17    Çap et