Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni yarımkeçirici elementləri yaradılacaq
Almaniyanın “İnfineon” şirkəti 300 millimetr diametrli nazik silisium lövhələr əsasında hazırlanan qüvvət yarımkeçirici elementlərin istehsalına başlanacağı haqqında məlumat verib.
“İnfineon” şirkətinin bu sahədə müvafiq prosesi öyrənə bildiyi qeyd edilib. Şirkət bu prosesi həyata keçirmək üçün keçən ilin oktyabr ayından səy göstərir. Layihədə təxminən 50 mühəndis və fizik çalışıb.
“İnfineon” şirkətinin bəyanatına əsasən, 300 millimetr diametrli lövhələr əsasında hazırlanan məmulatlar xüsusiyyətlərinə görə 200 millimetr alt qatların tətbiqi ilə alınmış yarımkeçirici elementləri ilə analojidir. Yeni texnologiyaya keçid, xüsusilə istehsalın effektivliyini yüksəltməyə imkan yaradacaq.
“Power 300” metodikası ilə qüvvət elementlərinin kütləvi istehsalını Drezdendə (Almaniya) təşkil etmək planlaşdırılır; 2014-cü ilə qədər layihəyə 250 milyon avro sərmayə qoyulacaq.
11/10/11 Çap et