Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2021-ci ilə fərdi kompüter bazarının həcmi 1,7% azalacaq


“International Data Corporation” (IDC) şirkətinin analitikləri tərəfindən tərtib edilmiş “Worldwide Quarterly Personal Computing Device Tracker” adlı hesabata görə, yaxın illərdə kompüter elektronikasının satış həcmi azalacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklərin qiymətləndirməsinə görə, 2016-cı ildə masaüstü fərdi kompüter (FK), noutbuk, işçi stansiyalar və planşetlərin qlobal tədarük həcmi 435,1 milyon təşkil edib. 2021-ci ildə 398,3 milyon qurğunun istehsalı gözlənilir. Beləliklə, FK bazarının həcmi təxminən 1,7% azalacaq.

Ekspertlər bildirirlər ki, FK qurğular bazarının həcmi, ehtimal ki, proqnozlaşdırılan dövr mərzində davamlı azalacaq, ancaq bəzi seqmentlər artım göstərəcək. Məsələn, 2016-2021-ci illərdə noutbukların illik tədarük həcmi orta hesabla 0,7% artaraq müddətin sonuna 162,1 milyon təşkil edəcək.

Noutbuka çevrilən hibrid planşetlər ən sürətlə inkişaf edən seqment olacaq. Bu elektronikanın buraxılışı ildə 14,3% artacaq (2016-cı ildə 21,5-dən 2021-ci ildə 41,9 milyonadək). Ultrabukların satış həcminin orta illik artım tempi təxminən 11,8% təşkil edəcək.

“IDC”-nin qlobal FK bazarının tədqiqi üzrə vitse-prezidenti Loren Louverd bildirib ki, istifadəçi və şirkətlər İT xərclərini azaltmaq üçün köhnə kompüterlərdən istifadə müddətini mümkün olduğu qədər uzadırlar. Mütəxəssis hesab edir ki, oyun qurğuları, virtual reallıq, “Windows 10” və iqtisadi şəraitin yaxşılaşması fərdi kompüter bazarının artımına dəstək verə bilər.

Emil Hüseynov





25/08/17    Çap et