Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkətinin gələcəyi necə olacaq?


Ekspertlər əmindirlər ki, “Apple” şirkətinin banisi Stiv Cobsun ölümü, İT bazarında hiss ediləcək. Onların qənaətincə, ən böyük təsiri Asiyada yerləşən şirkətlər hiss edəcəklər.

Amerika şirkətinin məhsulu üçün komplektlərin əksəriyyəti məhz orda istehsal edilir və “Apple”-ın əsas rəqibləri həmin regionda toplanıb. İndi “Apple” sübut etməlidir ki, öz əsas ilhamvericisi olmadan belə şirkət innovasiya məhsulunu yarada bilər.

“Apple” şirkəti bu məsələlərin öhdəsindən tamamilə gələ bilər, həm də ki korporasiya tərkibində Cobsla sıx əlaqədə olmuş bir neçə təcrübəli top-menecer işləyir.



Tim Kuk

Stiv Cobs öz vəzifəsindən getdikdən sonra Tim Kuk baş direktor vəzifəsini icra etməyə başladı. O, 1998-ci ildə “Apple” şirkətinə gəlib. Şirkətin bir çox əsas həllərinin müəllifi məhz Kuk olub.

2011-ci il oktyabr ayının 4-ü tarixi Tim Kuk üçün çox əhəmiyyətli gün idi. Baş direktor kimi o, yeni “iPhone” smartfonunun təqdimatını keçirməli idi. Hər şey müvəffəqiyyətlə keçdi.

Conatan Ayv

Hal-hazırda “Apple” şirkətinin sənaye dizayn bölməsinin baş vitse-prezidentidir. O, “Apple”-da 20 ildir ki işləyir. Ayv Stiv Cobsla daim ünsiyyət saxlayırdı, əfsanəvi CEO-nun məsləhətlərini dinləyirdi və şəxsi fikirlərini irəli sürürdü.

Filip Şiller

“Apple”-ın qlobal marketinq üzrə baş vitse-prezidenti Filip Şiller mətbuatda öz müntəzəm fikirləri sayəsində ən tanınmış top-menecerlərdən biridir. 2009-cu ildə o, “iPhone 3GS” smartfonunu, bir neçə gün əvvəl isə “iPhone 4S”-i təqdim edib. Şillerin xidmətləri çox böyükdür; o, “iMac”, “iBook”, “PowerBook G4”, “iPod”, “Mac OS X” və digər məhsulların marketinqi üçün məsuliyyət daşıyır.

Skott Forstell

Bu insan “Apple” məhsullarının fəaliyyəti, onların proqram gücü ilə bağlı məsuliyyət daşıyır. Forstell “Mac OS X” platformasının və “Aqua” istifadəçi interfeysinin ilk arxitektorlarından biri hesab edilir.




11/10/11    Çap et