Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dartılma zamanı elektrik enerjisi hasil edən sap yaradılıb


ABŞ, Cənubi Koreya və Çindən olan beynəlxalq alimlər qrupu tərəfindən karbon nanoboruları əsasında yaradılmış sap dartılma zamanı elektrik enerjisi hasil edir və "ağıllı" geyim istehsalında tətbiq edilə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, alimlər tərəfindən hazırlanmış material çoxdivarlı karbon nanoborularından ibarət sap şəklindədir və belə sapın elektrik enerjisi hasil etməsi üçün o, elektrolitin içərisinə yerləşdirilməlidir. İstehsalçıların sözlərinə görə, bir kiloqram ağırlığında belə sap 250 vatt gücündə elektrik enerjisi hasil etmək gücünə malikdir.

Sınaqlar çərçivəsində alimlər sübut ediblər ki, elektrolit kimi duzlu sudan (sınaqlar laboratoriyalarda, daha sonra okeanda keçirilib) da istifadə etmək olar.

İstehsalçıların sözlərinə görə, sapın səmərəliliyi generator kimi nisbətən azdır, amma çəkisinin az olmasını nəzərə alaraq onu daşınan datçiklərin enerji ilə doldurulması üçün geyimin yaradılmasında istifadə etmək mümkün olacaq.

Emil Hüseynov







26/08/17    Çap et