Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İndi “Skype” servisində kod yazmaq olar


“Microsoft” şirkəti “Skype” xidmətinə kod yazmaq imkanını əlavə edib ki, bu da müxtəlif texniki müsahibələr, müzakirələr və ya texniki dəstək üçün faydalı olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “ilenta.com” saytına istinadən yazır ki, kod redaktoru yalnız “Skype” servisinin masaüstü versiyasında əlçatandır və yalnız “Microsoft Edge” və ya “Google Chrome” (32 bitlik versiyadan başlayaraq) brauzerlərində işə salına bilər.

Kod redaktoru pəncərənin əsas hissəsini tutacaq və videozəng pəncərəsi sağ yuxarı küncdə görsənəcək. Hazırda istifadəçilərə 7 proqramlaşdırma dili (C, C++, C #, Java, JavaScript, Python və Ruby) əlçatandır.

Kod redaktorunu işə salmaq üçün “skype.com/interviews” linkinə keçmək və "Start Interview" düyməsinə sıxmaq lazımdır. Xidmət tərəfindən yaradılan unikal linkdə həmsöhbət çata qoşula biləcək. Artıq çat daxilində istifadəçi sol küncdə yerləşən düymənin köməyi ilə proqram dilini dəyişdirə biləcək.

Emil Hüseynov





28/08/17    Çap et