Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnternet-trafikin 7%-i mobil qurğuların payına düşür
“ComScore” analitik şirkəti bildirib ki, hal-hazırda internetdə ümumi trafikin təxminən 7%-i mobil qurğuların payına düşür. Şirkət qeyd edir ki, sənayeləşmiş ölkələr, xüsusilə ABŞ-da bu göstərici daha çoxdur.
“ComScore” şirkətinin son hesabatında qeyd edilib ki, avqust ayının nəticəsinə əsasən, 6,8% internet-trafik kompyuterlər tərəfindən deyil, mobil telefonlar, smartfonlar, planşetlər və digər portativ qurğular tərəfindən yaradılır. Planşetlər arasında trafik həcminə görə “Apple iPad” liderlik edir. Onun payı 97,2% təşkil edir.
11/10/11 Çap et