Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Süni intellektin tez öyrənilməsi üçün platforma təqdim olunub


"Microsoft" korporasiyası süni intellektin öyrənilməsi prosesinin sürətləndirilməsi üçün platforma təqdim edib. "Project Brainwave" adlanan həllin "Azure" "bulud" infrastrukturuna tətbiqi planlaşdırılır.

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, platforma saniyədə 39,5 trilyon hesablama əməliyyatı yerinə yetirmək gücünə malikdir. Bu, süni intellektə operativ məlumatların real vaxt rejimində emalına imkan verir ki, bu da axtarış sorğuları, video, ötürücü məlumatları ilə işdə və ya istifadəçilərlə əlaqədə əhəmiyyət kəsb edir.

Məlumata görə, "Project Brainwave" üç əsas qatdan ibarətdir: yüksək məhsuldarlıqlı paylayıcı arxitektura, "FGPA" (Field-Programmable Gate Arrays proqramlaşdırılan ventil matrisaları) əsasında yaradılan dərin neyron şəbəkə aparat mühərriki (DNN), icra vaxtını göstərən əlavəyə malik kompilyator.

"Project Brainwave" hazırda "Microsoft Cognitive Toolkit" və "Google Tensorflow" süni intellekt proqramlarını dəstəkləyir. Gələcəkdə digər əksər platformaların da əlavə olunması nəzərdə tutulur. "Microsoft" həlli 2018-ci ildə "Azure" "bulud" infrastrukturunda tətbiq etməyə hazırlaşır.  

Nizam Nuriyev 





29/08/17    Çap et