“Android” sistemli qurğulardan yaradılmış genişmiqyaslı botnet ləğv edilib
"Akamai", "Flashpoint", "Cloudflare", "Oracle Dyn", "RiskIQ" və "Team Cymru" şirkətlərindən olan təhlükəsizlik mütəxəssislərinin ümumi səyi nəticəsində "Android" qurğularından yaradılmış "WireX" adlı böyük botneti ləğv ediblər. Botnet şəbəkə" müxtəlif sahələrə (mehmanxana və oyun biznesi, porno sənayesi, həmçinin domen adları registratorlarına) "DDoS" hücumların həyata keçirilməsində istifadə edilib.
"ICTnews" Elektron Xəbər Xidməti "
securitylab.ru" saytına istinadən yazır ki, bu təhlükə haqda bir neçə gün əvvəl xəbər tutmuş "Google" şirkəti "Play Store" proqramlar mağazasını zərərverici proqram təminatının mövcudluğu üzrə yoxlayıb. Bunun nəticəsi kimi hakerlər tərəfindən "Android" sistemi ilə işləyən qurğuları yoluxduraraq onları botnet şəbəkəsinə birləşdirən 300 proqram proqramlar mağazasından silinib. Yoluxmuş qurğuların dəqiq sayı açıqlanmır.
2 avqust 2017-ci il tarixində peyda olmuş "WireX" botneti avqustun 15-dək nəzərə çarpmayıb. Bundan sonra mütəxəssislər aşkar ediblər ki, botnet şəbəkəsi uzunmüddətli "DDoS" hücumlarda istifadə edilib. Bəzi hallarda hücumlarda 100-dən çox ölkədə 70 minədək IP ünvan istifadə edilib.
Emil Hüseynov