Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən yığcam 13 düymlük noutbuk təqdim edilib


“Dell XPS 13” noutbuklar seriyası “Intel Kaby Lake-R” aparat platformasına malik modellərlə yenilənib.

İstifadəçilərə “Intel Core i7-8550U” (4 nüvə/8 axın, 1,8/4 QHs) və “Intel Core i5-8250U”  (4 nüvə/8 axın, 1,6/3,4 QHs) prosessorları təklif ediləcək. 13 düymlük displeyin təsvir ölçüsü 3200x1800 piksel təşkil edir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, versiyadan asılı olaraq noutbuk 16 QB-dək əməli yaddaş və 512 QB-dək sərtgövdəli daşıyıcılarla təchiz edilə bilər. Həmçinin 40 Qbit/s-dək ötürmə sürətinə malik “Thunderbolt 3” interfeysi və 2 ədəd “USB 3.1 Gen 2” (10 Qbit/s-dək) portu mövcuddur.

İstehsalçı bu modeli dünyada ən yığcam 13 düymlük noutbuk adlandırıb. Yeni çiplərdən istifadə sayəsində qurğunun məhsuldarlığı əvvəlki nəsil “Dell XPS 13” ilə müqayisədə 40% artıb. Yeni aparatın çəkisi təxminən 1,22 kq-dır.

İstehsalçıların məlumatına görə, noutbuk 22 saat avtonom işləyə bilər,  video izlədikdə və ya veb-sörfinq zamanı isə avtonom iş vaxtı 8-13 saat təşkil edir.

Standart konfiqurasiyalı noutbukun qiyməti 1400 dollar təşkil edəcək.

Emil Hüseynov





30/08/17    Çap et