Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 10” korporativ sektorda populyarlığa görə “Windows XP” sistemini geridə qoyub


“Spiceworks” şirkətinin analitiklərinin məlumatına görə, “Windows 10” sisteminin təqdim edilməsindən 2 il sonra bu əməliyyat sistemi korporativ sektorda “Windows XP”-dən daha populyar olub.

2017-ci ilin iyulun sonuna olan məlumata görə, şirkətlərdə masaüstü və noutbukların 13%-nə “Windows 10” sistemi quraşdırılıb. “Windows XP” sistemində bu göstərici 11%-dək azalıb.

“Windows 7” ən populyar kompüter platforması olaraq qalır: bazar payı 68%-ə çatır.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, araşdırmaya görə, dünyada fəaliyyət göstərən şirkətlərin 60%-də “Windows 10” sisteminin idarəetməsi ilə işləyən ən azı bir kompüter var.

Hazırda müəssisələrin 42%-də ən azı bir kompüterdə “Windows XP” sistemi, 35%-də “Windows 8” və 7%-də “Windows Vista” istifadə edilir. Müəssisələrin 84%-də “Windows 7” sistemindən istifadə edilir, hərçənd üç ay bundan əvvəl bu göstərici 3% daha yüksək idi.

Əksər hallarda heyəti 100-dən 500-dək olan kiçik şirkətlər “Windows 10” sistemindən istifadə edir. Belə müəssisələrin sürətli yeniləmə üçün vəsaitləri azdır, böyük şirkətlərdə bu proses çoxsaylı kompüter və proqramlarla uyğunluq probleminə görə xeyli uzanır.

“NetMarketShare” şirkətinin 2017-ci ilin iyununa olan qiymətləndirməsinə görə, dünyada masaüstü və noutbukların 26,8%-nə “Windows 10” sistemi quraşdırılıb. “Windows 7” sistemi ən populyar proqram platforması olaraq qalır, onun bazar payı bir ay ərzində 49,46%-dən 49,04%-dək azalıb. “Windows XP” platforması ilk üçlükdə qərarlaşıb.

Emil Hüseynov





31/08/17    Çap et