Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kvant “4D” kodlaşdırma texnologiyasının ilk sınaqları keçirilib


Kvant dördölçülü (4D) kodlaşdırma texnologiyasının ilk sınaqları keçirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, yeni texnologiya hər fotona dörd rəqəmdən birini - 00, 01, 10 və 11-i daşımağa imkan verir. Kvant “4D” kodlaşdırma texnologiyasından istifadə ötürülən informasiyanın sayını bir neçə dəfə artırmağa şərait yaradır, məlumatlar isə həm informasiyanın ələ keçirilməsindən, həm də kənar faktorlardan daha yüksək səviyyədə mühafizə olunur.

Məlumata görə, son vaxtlaradək kvant “4D” kodlaşdırma texnologiyalarının yalnız kiçik modellər şəklində tətbiq edilməsinə baxmayaraq Kanadanın Ottava Universitetinin ekspertləri ilk real sınaqları uğurla həyata keçirməyə nail olublar. İnformasiya hündürmərtəbəli binaların damlarında bir-birindən 300 metr aralıda yerləşən baza stansiyaları arasında ötürülüb.

Bildirilir ki, stansiyalar onları pis hava şəraitindən qoruyan taxta qutuların içinə yerləşdirilib. Məlumatların ötürülməsi zamanı səhvlərin səviyyəsi 11 faiz təşkil edib ki, bu da təhlükəsiz kvant kommunikasiya kanalının təşkili üçün tələb olunan səviyyədən xeyli aşağıdır. Sistem adi kvant kodlaşdırmaya malik sistemdən 1,6 dəfə çox informasiya ötürə bilib.

Aparıcı tədqiqatçı İbrahim Kəriminin sözlərinə görə, bizim eksperimentdə real şəhər şəraitində çoxölçülü kvant kodlaşdırma texnologiyası vasitəsilə dünyada ilk məlumat ötürülüb. “Açıq havada işləyərək nümayiş olunan kvant kommutasiya sistemi orbitdə və Yer səthinin optik-lif xəttinin çəkilməsi məqsədəuyğun olmayan yerlərində peyklərlə rabitəni təmin edir. Bundan başqa, sistem təyyarə və gəmilər kimi hərəkət edən obyektlərlə təhlükəsiz rabitənin qurulması üçün xidmət edə bilər. Gələcəkdə biz aralıq stansiyalar və atmosferin törətdiyi bütün səhvləri aradan qaldırmağa imkan verəcək adaptiv optika sistemindən istifadə etməklə distansiyanı 5,6 km-dək artırmağı planlaşdırırıq”, - İ.Kərimi bildirib.

Nizam Nuriyev 





31/08/17    Çap et