Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sharp Aquos 8K TV” televizoru nümayiş olunub


Yaponiyanın “Sharp” istehsalçısı “IFA 2017” sərgisində təsvir ölçüsü adi “Full HD” standartını 16 dəfə üstələyən 70 düym diaqonallı “8K” formatlı “Aquos” televizorunu nümayiş etdirib. 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Sharp Aquos 8K TV” modeli “Dolby Vision HDR” və “BDA-HDR” texnologiyalarını dəstəkləyir. Lakin istifadəçilər kontent çatışmazlığı ilə rastlaşa bilərlər. Çünki hazırda “8K” standartında yayım yalnız Yaponiyanın “NHK” kanalı tərəfindən həyata keçirilir. Buna baxmayaraq “Sharp” tezliklə uyğunluq təşkil edən yeni məhsullar buraxacağını və qəbuledici, kamera və digər qurğulardan ibarət ekosistem yaradacağını bəyan edib.  

Məlumata görə, şirkət televizoru bu ilin sonunda Çin və Yaponiyada, 2018-ci ilin fevralında isə Tayvan bazarında satışa çıxarmağı planlaşdırır. Avropada “LV-70X500E” kod adı ilə monitor qismində təqdim ediləcək yeni qurğunun növbəti ilin mayında satışa çıxarılacağı gözlənilir. İstehsalçı televizorun qiymətini açıqlamasa da, şirkətə yaxın mənbələr qurğunun qiymətinin 9 min dollara yaxın olacağını bildiriblər.
Xatırladaq ki, “8K” formatlı əvvəlki “Sharp” monitorunun qiyməti 100 min dollar təşkil edib.

Nizam Nuriyev 





05/09/17    Çap et