Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Özü sıradan çıxan elektronika qurğusu yaradılıb


Fiziki cəhətdən dayanıqlı olmayan elektronika (physically transient electronics) bir çox müxtəlif məsələləri həll etmək qabiliyyətinə malikdir. Məsələn, həll olunan konstruksiyalar ekoloji monitorinq və ya dərmanların müəyyən orqanlara dəqiq çatdırılmasında istifadə olunur. Belə cihazlar ənənəvi elektron qurğularla müqayisədə daha sürətlə sıradan çıxır, buna görə ətraf mühiti az çirkləndirir.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, ABŞ və Çin alimlərindən ibarət qrup havanın rütubətliyinin təsiri altında tez sıradan çıxan qurğu təqdim ediblər. Yeni texnologiyanın əsasını polianhidrid təşkil edir. Bu polimerlər müəyyən rütubət səviyyəsində otaq temperaturunda sıradan çıxır.

Alimlərin sözlərinə görə, onların həlli müəyyən yararlılıq müddətinə malik elektron qurğular yaratmağa imkan verəcək. Polimer plyonkanın tərkibini dəyişdirməklə yararlılıq müddətinə nəzarət etmək olar. Belə texnologiya ətraf mühitin çirklənmə səviyyəsini azaldacaq, çünki cihaz sıradan çıxdıqda onu havanın yüksək rütubətliliyi şəraitində həll etmək olar.

Emil Hüseynov





05/09/17    Çap et