Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan "Azərspace"in buraxılışının maliyyələşdirilməsi üzrə kredit sazişi imzalayıb


Azərbaycan ölkənin ilk telekommunikasiya peyki olan "Azərspace"in buraxılışının maliyyələşdirilməsi üzrə kredit sazişi imzalayıb. Bu barədə çərşənbə axşamı "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev bildirib.

Artıq Fransanın "Sosiete Generale" və SMBC bankları Fransanın COFASE ixrac-kredit agentliyindən kreditin alınması ilə bağlı danışıqlara başlayıb. Bir müddət əvvəl layihəyə yaxın olan mənbənin Trend-ə verdiyi məlumata görə, kreditin məbləği təqribən 80 milyon dollar təşkil edir.

"Azerspace" peykinin istehsal dəyəri 94 milyon manat təşkil edirki, bunun 85 faizi krediti kimi Azərbaycana ayrılacaq. Vəsaitin yerdə qalan 15 faizi isə dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

İlk peykin 2012-ci ilin sonunda orbitə çıxarılacağı gözlənilir. "Azerspace" peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir. Peyk Malayziyanın peyk operatoru MEASAT şirkətindən icarəyə götürülən 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşəcək.




12/10/11    Çap et