Dırnaq ölçüsündə kart təqdim edilib
Fləş yaddaş və daşıyıcılar sahəsində öz həlləri ilə tanınan ABŞ-ın “SanDisk” şirkəti 400 QB tutumunda yaddaşa malik “microSD” kart təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
belta.by” saytına istinadən yazır ki, müqayisə üçün bildirək ki, 400 QB tutumunda informasiyanı yadda saxlamaq üçün 285 min ədəd 3,5 düymlük disket lazımdır. Əgər bu disketləri bir-birinin üzərinə qoysaq, onda 10 km hündürlüyündə sütun yaranar. “SanDisk” şirkəti yeni kartına 10 il müddətinədək zəmanət verir.
Məlumatların ötürülmə sürəti saniyədə 100 MB təşkil edir. Dırnaq ölçüsündə kartın qiyməti 250 dollardır.
Emil Hüseynov