Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın mobil operatorlarından biri şəbəkəsində yaranan problemləri aradan qaldırıb


Azərbaycanın mobil operatoru Bakcell çərşənbə axşamı səhərdən şəbəkənin işində yaranan nasazlıqları aradan qaldırıb.

"Qısa müddət ərzində Bakı şəhərinin cənub-qərb hissəsində yerləşən bəzi rayonlarda (Yasamal, Səbail, Qaradağ) Bakcell abunəçilərinə göstərilən xidmətlərdə müəyyən məhdudiyyətlər yaranıb", - məlumatda deyilir.

"Bakcell şirkəti böyük mənmuniyyətlə bildirir ki, problemin müştərilərə təsiri minimuma endirilib və nasazlıqlar artıq aradan qaldırılıb. Nasazlıqların abunəçilərə təsirini məhdudlaşdırmaq üçün Bakcell şirkəti tərəfindən təcili və effektiv tədbirlər görülüb", - məlumatda deyilir.




12/10/11    Çap et