İsveçin “Ericsson” şirkəti 1 qiqabitlik “LTE” şəbəkəsini işə salıb
Telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti 1 qiqabitlik “LTE” şəbəkəsinin kommersiya fəaliyyətinə başladığını elan edib. Bu layihədə Çinin “China Unicom” mobil rabitə operatoru İsveç şirkətinin partnyoru qismində çıxış edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, “Ericsson” şirkətinin nümayəndəsi bildirib ki, “Gigabit LTE” şəbəkəsi abunəçilərə məlumatların yüksək sürətlə ötürülməsini təmin edir.
İşə salınmış şəbəkə məlumatları saniyədə 979 Mbit/s-dək ötürməyə imkan verir. Nəticədə, məsələn, mobil şəbəkə vasitəsilə “Full HD” təsvir ölçülü filmi 13 saniyə ərzində yükləmək mümkündür.
Emil Hüseynov