Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

HP şirkəti Azərbaycana kosmik sənayedə iş təcrübəsi təqdim etməyə hazırdır


"HP Azerbaijan" şirkəti Azərbaycanda kosmik sənaye sahəsində öz iş təcrübəsini təklif etmək niyyətindədir. Bu barədə çərşənbə axşamı "HP Azerbaijan" nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov bildirib.

"Biz kosmik agentliklə iş təcrübəsinə malikik və müvafiq olaraq, bu sahədə öz xidmətlərimizi təklif etmək üçün bunun Azərbaycanda necə tətbiq edilə bilməsini öyrənməliyik", - o deyib.

"HP Azerbaijan" nümayəndəliyi rəhbərinin sözlərinə görə, şirkət hazırda DATA-mərkəzlərin və "buludlu hesablamalar" infrastrukturunun yaradılmasına köklənib. Hacıəlibəyovun fikrincə, sonuncu xərclərin optimallaşdırılması və infrastrukturun effektiv iadrə olunması üzrə innovasiya həllidir.

Hazırda "HP Azerbaijan" şirkəti Azərbaycanda "buludlu hesablamalar" infrastrukturunun yaradılması üçün bir neçə təşkilatla işləyir. Bu təşkilatlar sırasında dövlət və özəl şirkətlər, o cümlədən, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də var.

"Noyabrda biz ABŞ-ın Ticarət-Sənaye Palatası ilə birgə seminar keçirməyi planlaşdırırıq. Həmin seminarda sessiyalardan biri bilavasitə "buludlu hesablamalar" sahəsinə həsr olunacaq", - Hacıəlibəyov bildirib.




12/10/11    Çap et