Qızıl “iPhone 8” üçün ilkin sifarişlərin qəbuluna başlanılıb
Londonun "Goldgenie" mağazası qızıl "iPhone 8" smartfon modeli üçün ilkin sifarişlərin qəbuluna başlayaraq qurğunun sentyabrın 12-də keçiriləcək təqdimatını qabaqlayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "
Life" resursuna istinadən yazır ki, "Goldgenie" şirkətinin sifarişçilərə "iPhone 8" modelinin qızıldan və ya platindən düzəldilmiş versiyalarını çatdıracağı bildirilir. Arzu edənlər isə qurğunun brilyantlarla bəzədilmiş versiyasını əldə edə biləcəklər. Şirkət, həmçinin qurğunun adi korpusunu bütöv 18 karatlıq versiya ilə əvəzləyə bilər.
Məlumata görə, şirkət "iPhone" modellərinin dizaynının təkmilləşdirilməsi ilə uzun müddətdir məşğuldur. Ötən il mütəxəssislər "iPhone 7 Plus" modelini 24 karatlıq qızıl və brilyantlarla bəzəyiblər. Qurğunun qiyməti 3 258 dollar təşkil edib.
"Goldgenie" nümayəndələri hazırda "iPhone 8" və "iPhone 7s" smartfonlarının qiymətini açıqlamasalar da, qızıl-zinət əşyaları ilə bəzədilmiş qurğuların qiymətinin yüksək olacağı ehtimal edilir.
Nizam Nuriyev