Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti oktyabrın sonunda yeni kompüterini təqdim edəcək


“Microsoft” şirkəti gələn ay “Surface” istehsal xəttinə məxsus yeni qurğu təqdim edəcək. Təqdimat 31 oktyabr – 1 noyabr 2017-ci il tarixlərində “Future Decoded” illik konfransı çərçivəsində Londonda keçiriləcək. Tədbirdə “Surface”in direktoru Panos Panay çıxış edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, ABŞ şirkəti “Surface” seriyasından olan yeniliklərini oktyabrın sonunda təqdim edir.

Bundan əvvəl “Microsoft” şirkəti “LTE” modula malik “Surface Pro” planşet noutbukunun hibrid versiyasını buraxmağa dair söz vermişdi. Lakin ehtimal ki, “Surface Book” noutbuku və ya “Surface Hub” divar planşetinin varisi nümayiş etdiriləcək.

Emil Hüseynov





07/09/17    Çap et