Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yasamal və Binəqədi rayonlarında CDMA-nın yeni baza stansiyaları qurulacaq


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Bakı şəhərinin ətraf ərazilərində CDMA xidmətinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi olaraq Yasamal və Binəqədi rayonlarında yeni baza stansiyalarını qurmağı planlaşdırır. Bu barədə “ictnews”-a birliyin CDMA xidməti şöbəsinin rəisi Murad Cəbrayılov bildirib.

Onun sözlərinə görə, Mərdəkanda yeni baza stansiyasının qurulmasından sonra monitorinqlər aparılıb və adıçəkilən rayonların ərazisində konkret olaraq ATS 438/439 və 9-cu mikrorayonda yeni stansiyanın qurulması barədə təkliflər verilib.

Şöbə rəisi əlavə etdi ki, nəzərdə tutulan avadanlıqlar “Huawei” şirkətindən alınır. Qeyd edək ki, artıq CDMA stansiyasının tutumu 20 min nömrəyə çatdırılıb.

Qeyd edək ki, BTRİB 511 və 555 indeksasiyası ilə CDMA xidmətləri göstərir. “Aztelekom” İB ilə BTRİB arasında rouminq hesabına hər iki birliyin CDMA abunəçiləri ölkənin istənilən regionunda öz telefonundan istifadə edə bilər.




12/10/11    Çap et