Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone” tarixdə ən populyar smartfondur


“Strategy Analytics” tədqiqat şirkəti “Apple” şirkətinin son 10 ildə ümumi məbləği 760 milyard dollara bərabər 1,2 milyard “iPhone” smartfon modeli satmasını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, cari ilin birinci-ikinci rübündə ABŞ istehsalçısı 1,2 milyard “iPhone” satıb. Bu, dünyada və tarixdə ən populyar elektron istehlak qurğusudur.

“Strategy Analytics” direktoru Ken Hayers tədqiqatı şərh edərək bildirib ki, şirkətin mədaxili artmaqda davam edir və bizim proqnozlara görə, 2018-ci ilin sonunadək “iPhone” satış həcmi 1 trilyon təşkil edəcək dünyanın ilk smartfonu olacaq.

Tədqiqat şirkətinin baş analitiki İven Bu əlavə edib ki, “iPhone” Hindistan və Çin istisna olmaqla dünyada ən populyar smartfon olaraq qalır. Bu ölkələrdə daha ucuz Çin smartfonları liderlik edir. Analitiklərin sözlərinə görə, “iPhone 7” ən çox satılan smartfon modelidir.

Qeyd edək ki, “Apple” şirkəti sentyabrın 12-də “iPhone 8”, “iPhone 8 Plus” və “iPhone X” smartfonlarının təqdimatını nəzərdə tutur. Göstərilən qurğular vasitəsilə bütün “iPhone” modellərinin satış həcminin 1 trilyon dollar səviyyəsini ötəcəyi gözlənilir.

Nizam Nuriyev 





12/09/17    Çap et