Mobil kiberhücumların həcmi 40% yüksəlib
“Avast” antivirus istehsalçısının məlumatına görə, 2017-ci ilin ikinci rübündə smartfon və planşetlərə edilən kiberhücumların həcmi 40% yüksəlib.
2017-ci ilin aprel-iyununda mobil qurğu istifadəçilərinə edilmiş haker hücumlarının orta həcmi 1,7 milyonadək artıb. Ötən ilin ikinci rübündə bu göstərici 1,2 milyona bərabər olub.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, “Avast” şirkətinin əməkdaşları 788 müxtəlif virus aşkar ediblər ki, bu da ötən illə müqayisədə 22,2% çoxdur. Şirkət, həmçinin zərərverici proqramların ən geniş yayılmış növlərini açıqlayıb.
2017-ci ilin ikinci rübündə mobil kiberhücumların təxminən 22,8%-i ruterlərin (qurğu üzərində tam nəzarəti ələ keçirmə) köməyi ilə həyata keçirilib.
Həmçinin sosial mühəndislik mexanizmlərindən istifadə edən proqramların payı 22,8% təşkil edir. Belə ki, qurbanlar aldadılaraq onların cihazına zərərverici proqramlar qurulur.
Emil Hüseynov