Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Wi-Charge” texnologiyası otağı simsiz enerjidoldurma qurğusuna çevirəcək


Aktiv istifadədə mobil qurğuların gündə iki-üç dəfə enerji ilə doldurulmasının tələb olunmasına hamı adət edib. Bu məsələdə portativ akkumulyatorlar yardımçı rolunda çıxış etsələr də, onlar enerjinin toplanılması üçün mənbələrin axtarışı faktını aradan qaldırmırlar. Lakin hər şeyi bütöv otağı bir böyük simsiz enerjidoldurma qurğusuna çevirən “Wi-Charge” adlı texnologiya dəyişə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, “Wi-Charge” texnologiyasında simsiz enerjidoldurma qurğusu otağın tavanına bərkidilərək batareyanı mənzilin istənilən yerində enerji ilə doldurmağa imkan verir. Yeni texnologiyanın məlum induksiyalı enerjidoldurma prinsipinə oxşar prinsipdən istifadə etməsinə baxmayaraq ona “Wi-Charge”dan fərqli olaraq telefonun baza ilə sıx əlaqəsi lazımdır.

Məlumata görə, “Wi-Charge” texnologiyasını ərsəyə gətirən şirkət qurğuların hazırlanması zamanı müxtəlif batareyaların müxtəlif tutuma malik olmasına görə fərqli şəkildə enerji ilə doldurulmasını nəzərə alıb. Bu səbəbdən bir neçə iş variantı mövcuddur: “Light” mobil telefon batareyalarının bir iş yeri sahəsində tez enerji ilə doldurulması üçün nəzərdə tutulub. “Kiik” adlanan ikinci variant az enerji sərfiyyatına malik qurğuları, məsələn, müxtəlif daşınan elektronikanı enerji ilə təmin edir. “Rayo” adlanan sonuncu - ən güclü enerjidoldurma üsulu 25 kvadratmetrədək otağı enerji ilə təmin edir və iki planşeti enerji ilə doldurur.

Bildirilir ki, hazırda “Wi-Charge” texnologiyasının çatışmazlıqlarının aşkarlanması və onun insan sağlamlığına təsirinin öyrənilməsi üçün lazımi sınaq mərhələləri keçirilir. Testlərin uğurla nəticələnəcəyi təqdirdə yeni texnologiyanın naqilli enerjidoldurma qurğularından istifadəni və mobil telefon və ya digər cihazları tez-tez enerji ilə doldurmaq zərurətini aradan qaldıracağı gözlənilir.

Nizam Nuriyev
 






12/09/17    Çap et