“Facebook” yeni proqramın sınaqlarına başlayıb
“Facebook” şirkəti videozənglər üçün “Bonfire” əlavəsinin sınaqlarına başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
Life” resursuna istinadən yazır ki, yeni servis istifadəçiləri video ünsiyyət qruplarında danışa, “Snapchat” üslubunda üzlərini maskalaya, eləcə də “Instagram”, “Facebook” və “Messenger” vasitəsilə ekrandan çəkilən şəkilləri (screenshot) mübadilə edə bilərlər.
Məlumata görə, hazırda əlavədən yalnız Danimarkanın “iOS” platformalı qurğu istifadəçiləri yararlana bilərlər. “Facebook” nümayəndələrinin sözlərinə görə, “Bonfire” hələlik məhdud auditoriya üçün test mərhələsindədir. Bununla yanaşı, şirkət təmsilçiləri yeni xidmət barədə ətraflı məlumat verməkdən imtina ediblər.
Əlavə “Facebook Messenger” istifadəçiləri ilə əlaqə qurmağa imkan verir. Bundan başqa, dəvət olunmuş həmsöhbətlər video ünsiyyətə proqramı quraşdırmadan qoşula bilərlər.
Nizam Nuriyev