Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada elektron ticarətin satış həcmi yüksəlir


“Statista” təşkilatının məlumatına görə, qlobal bazarda elektron ticarətdə satışların həcmi yüksək templə artacaq, çünki bir çox pərakəndə tacirlər onlayn satış və internet marketinqdə maraqlıdırlar.

“ICTnews” Elektron Xəbər Xidməti “igate.com.ua” saytına istinadən yazır ki, hesabata əsasən, 2015-ci ildə fiziki məhsulların onlayn satış həcmi 294,45 milyard dollar təşkil edib. Bu halda proqnozlara görə, 2021-ci ilədək sözügedən məhsulların satış həcmi 485 milyard dolları ötəcək.

Maraqlıdır ki, ABŞ ümumi pərakəndə satış həcmində elektron ticarət payının göstəricisinə görə bir neçə ölkədən geri qalır. Məsələn, 2016-cı ildə Çində bütün pərakəndə satış həcminin təxminən beşdə biri internetin payına düşüb. ABŞ-da bu göstərici 8,1% təşkil edib.

Emil Hüseynov





14/09/17    Çap et