Bu brauzerin payı uzun müddətdən sonra ilk dəfə azalıb
"NetMarketShare" servisinin məlumatına görə, qlobal brauzerlər bazarında "Chrome"un payı azalıb.
2017-ci ilin avqustuna olan məlumata görə, "Chrome" brauzeri qlobal miqyasda kompüterlərin 59,38%-də internetə çıxış üçün istifadə edilib.
"ICTnews" Elektron Xəbər Xidməti "
dailycomm.ru" saytına istinadən yazır ki, "Chrome" ilk dəfə 2016-cı ilin aprelində "Internet Explorer"i geridə qoyaraq ən populyar brauzer olub. O vaxtdan etibarən "Google"un brauzeri bazar payını davamlı olaraq artırıb.
"Microsoft" şirkəti 2016-cı ilin əvvəlində "Internet Explorer" brauzerinin 11-ci versiyası istisna olmaqla bütün versiyalarının dəstəyini dayandırdıqdan sonra "Internet Explorer" brauzerinin populyarlığı azalmağa başlayıb.
İndi ABŞ korporasiyası "Edge" adlı başqa brauzerini aktiv şəkildə tanıtdırır. Ancaq 2017-ci ilin avqustunda bu brauzerin bazar payı 0,01% artaraq 5,66% təşkil edib.
"Microsoft" şirkətinin bəyanatına əsasən, hazırda "Edge" brauzeri 330 milyon aktiv qurğuda quraşdırılıb.
Emil Hüseynov