Səudiyyə Ərəbistanı “Skype”dan istifadəyə qoyulmuş qadağanı aradan qaldırır
Səudiyyə Ərəbistanı 20 sentyabr tarixində səsli və videorabitə (IP telefoniya) üçün proqramlardan istifadəyə qoyulmuş qadağanı ləğv edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
news.rambler.ru” saytına istinadən yazır ki, "biz telekommunikasiya sektorundakı partnyorlarla əməkdaşlıq çərçivəsində zənglər üçün proqramlara qoyulmuş məhdudiyyəti ləğv edəcəyik" – Səudiyyə Ərəbistanının telekommunikasiya naziri deyib.
O bildirib ki, sözügedən proqramlara qarşı bir sıra tələblər irəli sürüləcək. Tələblər hələ ki açıqlanmayıb. Məlumat verək ki, “Skype” servisi 1 il bundan əvvələdək Səudiyyə Ərəbistanında geniş istifadə edilib.
Emil Hüseynov